“Oyuna çox yaxşı başladıq. İlk qolu biz vurduq. Amma sonluq istədiyimiz kimi olmadı”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Simurq” – “Qəbələ” matçından sonra meydan sahibi komandanın baş məşqçisi Georgi Çixradze deyib.
Gürcü çalışdırıcı əldə etdikləri şanslardan yararlana bilmədiklərinə görə üzüldüyünü bildirib: “Biz öz meydançamızda uduzmaq istəmirdik. Şanslarımızdan istifadə edə bilmədik. Qarşıdakı oyunlara baxmalıyıq”.
