Zaqatalanın "Simurq" klubu məşqçilər korpusunda dəyişiklik edib. Korner.az-ın məlumatına görə, ötən mövsüm əvəzedici heyətin baş məşqçisi olan Nizami Ocaqverdiyev vəzifəsindən kənarlaşdırılıb. Onun əvəzinə komandaya Rövşən Babayev gətirilib. Gənc çalışdırıcı ilə növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Babayev 2007-ci ildən Bakının "İnter" klubunun uşaq gənclər futbol məktəbində işləyib. UEFA-nın "A" kateqoriyalı məşqçisidir.
