Topaz Premyer Liqasındakı fasilədən istifadə edən bir neçə klubumuz məşqlərinə davam etmək məqsədilə Türkiyəyə yola düşəcək.
Korner.az-ın məlumatına görə, Zaqatala təmsilçisi yanvarın 10 da Türkiyənin Antalya şəhərinə yola düşəcək. Təxminən fevral ayının əvvəlinə kimi Antalyada qalacaq “Simurq” bir neçə klubla yoldaşlıq görüşləri keçirəcək, lakin rəqiblərin adları hələ ki, məlum deyil.
