“Simurq”la Bolqarıstan CSKA-sı arasında yanvarın 22-də Türkiyədə keçiriləcək yoxlama matçının başlama saatı müəyyənləşib.
Korner.az-ın məlumatına görə, Antalyada üz-üzə gələcək komandalar yerli vaxtla 15:30-da (Bakı vaxtı ilə 17:30) meydana çıxacaqlar.
"Simurq" ayın 25-də isə Rusiyanın "Tom", 28-də Xorvatiyanın "Slaven Belupo" ilə "Simurq" gücünü sınaqdan keçirdəcək. Georgi Çixradzenin yetirmələrinin Antalyadakı son rəqibi yanvarın 31-də Rumıniyanın "Petrolul" klubu olacaq. Bu oyunların başlama vaxtı hələlik məlum deyil.
