Maliyyə problemi ilə üzləşən “Simurq”u legionerləri tərk etməyə başlayıb.
Korner.az-ın məlumatına görə, Zaqatala klubunun aparıcı üzvlərindən olan Stepan Polyak da düşərgəni tərk edib.
32 yaşlı xorvatiyalı futbolçudan başqa Benjamin Lambot da klubdan ayrılıb.
Mövsümün sonunda bir neçə futbolçunun “Simurq”dan gedəcəyi gözlənilir.
