Maliyyə problemlərindən heç cür yaxa qurtar abilməyən “Simurq”u daha bir futbolçusu tərk edib.
Korner.az-ın məlumatına görə, bu dəfə Zaqatala təmsilçisindən ayrılan legioner futbolçu olub. Belə ki, komandanın aparıcı üzvlərindən olan Marko Stanoyeviç artıq klubu tərk edib.
Serbiyalı yarımmüdafiəçi artıq vətənindədir.
Qeyd edək ki, buna qədər Benjamin Lambot, Əli Gökdəmir, Patrik Osiako, Stepan Polyak və Cihan Özkara da “Simurq”la yollarını ayırıb.
