“Simurq” klubu müdafiəçisi Tural Axundovla yeni müqavilə imzalayıb.
Korner.az-ın klubun saytına istinadən yaydığı məlumatına görə, 26 yaşlı futbolçu daha iki il "Simurq"un şərəfini qoruyacaq
Ötən mövsümün əvvəlində Zaqatala təmsilçisinin heyətinə cəlb olunan 18 nömrəli müdafiəçi indiyənədək Premyer Liqada 44 matçda "sarı-qaralı" forma geyinib.
Tural Axundov 2017-ci il iyun ayının sonuna qədər "Simurq"un uğurları üçün çalışacaq.
