“Simurq” Premyer Liqanın növbəti turunda qarşılaşacağı “Sumqayıt”la görüşdə Tural Axundovun xidmətindən yararlana bilməyəcək.
Korner.az-ın məlumatına görə, buna səbəb futbolçunun sarıq vərəqə limitini doldurmasıdır.
“Qarabağ”la görüşün 64-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə, Tural sarıq vərəqə ilə cəzalanıb. O, 15-ci turda “Sumqayıt”la görüşü buraxacaq.
