"Simurq" X turda "Xəzər Lənkəran"ı qəbul edəcək.
Korner.az-ın məlumatına görə, bu oyun öncəsi Zaqatala təmsilçisində ciddi problemlər yaşanır.
Belə ki, komandanın üç əsas üzvü cəza səbəbindən matçı buraxmalı olacaqlar. Bunlar İlkin Qırtımov, Draqan Çeran və Ruslan Poladovdur.
Bundan əlavə Zaqatala şəhər stadionunda təmir davam etdiyi üçün "Simurq" rəqibini "Dalğa Arena"da qəbul edəcək.