Dünən Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində öz meydanında "Qəbələ"ni məğlub edən "Simurq" növbəti turda çətin "Neftçi" səfərində İlkin Qırtımovun xidmətindən yararlana bilməyəcək.
Korner.az-ın "Simurq"un mətbuat xidmətindən əldə etdiyi məlumata görə, Zaqatala təmsilçisinin əsas üzvlərindən olan İlkin Qırtmov dünənki oyunda sarı vərəqə cəzalandırılaraq vərəqə limitini dolrudub. Məhz bu səbəbdən Qırtımov 30-cu turda "Neftçi" ilə oyunu buraxacaq.
Bundan əlavə "Qəbələ" ilə oyunda millimizin də şərəfini qoruyan Rasim Ramaldanovun ehtiyatda oturaraq meydana çıxa bilməməsi ilə maraqlansaq da, bunun məşqçinin fikiri olduğunu bildirdilər.
