Premyer Liqanın V turu çərçivəsində bu gün "Rəvan"ın qonağı olacaq "Simurq" qarşılaşmanın keçiriləcəyi "Bayıl Arena"da son məşqinə çıxıb. Korner.az-ın məlumatına görə, bir saata yaxın davam edən hazırlıq isinmə hərəkətləri ilə başlayıb. Daha sonra ikitərəfli oyun və qapıya zərbələr üzərində çalışılıb.
Qeyd edək ki, 5-ci dəfə üz-üzə gələcək komandaların qarşılaşmasında indiyə qədər heç bir rəqib qələbə qazana bilməyib. Bu oyunların yalnız birində qolsuz heç-heçə qeydə alınıb.
Saat 19:00-da "Bayıl Arena"da start fiti veriləcək "Rəvan" – "Simurq" matçını FİFA referesi Anar Salmanov idarə edəcək.
