"Simurq" klubunun yeni formaları da artıq çempionata hazırdır.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni mövsümdən "Umbro" firmasının istehsalı olan geyim vasitələrindən istifadə edəcək komandanın köynəklərinin arxasında, artıq hər bir futbolçunun adı da qeyd olunacaq.
Mövsüm ərzində Zaqatala təmsilçisi rəsmi rənglərinə uyğun hazırlanmış üç fərqli formadan istifadə edəcək.
