"Simurq" daha iki futbolçunu heyətinə qatmağa hazırlaşır.
Korner.az-ın məlumatına görə, Zaqatala klubu iki legioner futbolçu ilə müqavilə bağlayacaq.
“Simurq” xorvat Tomislav Buşiçlə və bosniyalı Nenad Kiso ilə münasibətlərini rəsmiləşdirəcək. Hər iki futbolçu baş məşqçi Georgi Çixradze tərəfindən bəyənilib.
Qeyd edək ki, 26 yaşlı Tomislav Buşiç hücumçu, 23 yaşlı Nenad isə yarımmüdafiəçidir.