"Simurq" "Xəzər Lənkəran"la oyun öncəsi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda son məşqinə çıxıb.
Korner.az- ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda qarşılaşmanın oynanılacağı məkanda hazırlıqları tamamlayaraq, matçın başlama vaxtını gözləməyə başlayıb.
Hazırda 8 xalla turnir cədvəlində 2 yerdə qərarlaşan sarı-qaralar cənub təmsilçisi ilə indiyə qədər 12 dəfə qarşı-qarşıya gəlib və duellərin heç birində rəqibini məğlub edə bilməyib.
