“Qəbələ” və “Simurq” yeni transferlərini sifariş ediblər.
Korner.az-ın məlumatına görə, iki klub dörd oyunçunun adını PFL-dəki iştirak ərizəsinə salıb.
“Qəbələ” Kamran Ağayevlə Marat İzmaylovu sifariş edib. Kamran yeni komandasında 1, Marat 7 nömrəli formanı geyinəcək.
“Simurq” isə Usim Nduka və Mindauqas Kalonasın adını iştirak ərizəsinə salıb. Nduka 3, Kalonas 9 nömrəli forma ilə oynayacaq.
