İyunun 17-dən bir araya gələn “Simurq” klubu ötən gün təlim-məşq toplanışının ikinci mərhələsinə start vermək üçün səhər saatlarında Türkiyəyə yollanıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna qədər hazırlıqları Bakıda davam etdirən “Simurq”, artıq qardaş ölkədədir.
Bakı vaxtı ilə 20:00-da Kartəpədə hazırlıqlara başlayacaq Georgi Çixradzenin komandası iyulun 8-də ölkəyə qayıdacaq. Burada üç yoldaşlıq görüşündə gücünü sınayacaq Zaqatala təmsilçisinin heyətinə ilk təlim-məş toplanışında iştirak etməyəndə qoşulacaq. Həmçinin düşərgəyə baxış üçün dəvət edilmiş yeni futbolçularda növbəti günlərdə düşərgəyə təşrif buyuracaq.
Qeyd edək ki, komandanın Türkiyədəki hazırlıqlarındakı ilk rəqibidə artıq dəqiqləşib. “Sarı-qaralar” iyulun 30-da “Spartak-Nalçik”lə qarşılaşacaq. “Simurq” növbəti yoldaşılıq görüşlərini isə iyulun 3-də və 7-də keçirməyi planlaşdırır. Ancaq komandanın növbəti rəqiblərinin kimlər olacağı hələ dəqiqləşməyib.