Premyer Liqanın XII turu çərçivəsində səfərdə "Turan"ın qonağı olacaq "Simurq" klubu artıq bu oyunun hazırlıqlarına start verib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən gün səhər saatlarında baş tutan məşqdə əsas heyətdə meydana çıxmış futbolçular komandadan ayrı çalışıb.
Qısa məsafəli qaçışdan sonra Georgi Çixradzenin komandası isinmə və topla tapşırıqları yerinə yetiriblər.
Qeyd edək ki, Zaqatala təmsilçisi noyabrın 4-də Tovuz şəhər stadionunda "Turan"ın qonağı olacaq.
