Bu gün U-19 liqasında XII turun oyunları keçirilib. “Simurq” səfərdə “Sumqayıt”la qarşılaşıb.
Korner.az-ın məlumatına görə, ilk hissədə 2:0 hesabı ilə məğlub durumda olan komanda, fasilədən sonra qarşılaşmada status-kvonu bərpa edib. Zaqatala təmsilçisinin qollarını oyuna sonradan daxil olan İlkin Allahverdiyev vurub.
Vasif Vəliyevin yetirmələri hazırda 18 xalla 5-ci pillədə qərarlaşıb.
“Sarı-qaralar” XIII tur çərçivəsində doğma arenada “AZAL”-ı qonaq edəcək.
