Türkiyədə təlim-məşq toplantısında olan “Simurq” bu gün yoxlama oyunu keçirib. Korner.az-ın məlumatına görə, baş məşqçi Zaqatala təmsilçisi Rusiyanın “Spartak” (Nalçik) komandası ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Matçda hesabı rusiyalılar açıb. Georgi Çixradzenin yetirmələri 23 dəqiqədən sonra hesabda tarazlıq yarada bilib.
