Zaqatalalı azarkeşlərə rəhbərlikdən hədiyyə
Premyer Liqanın 2011-2012-ci il mövsümünün final mərhələsinin XXXI turu çərçivəsində "Simurq" mayın 6-da Zaqatala şəhər stadionunda Bakının "Rəvan" klubunu qonaq edəcək. Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu mövsüm üçün sonuncu dəfə doğma azerkeşlər önündə mübarizə aparacaq komanda tam heyətlə hazırlıqları davam etdirir. Baş məşqçi Georgi Çixradze və məşqçilər korpusunun başçılığı altında "sarı-qaralar" gündə bir dəfə olmaqla məşqə çıxır.
Qeyd edək ki, saat 17:30-da start fiti veriləcək "Simurq" – "Rəvan" görüşündə klub rəhbərliyi il boyu komandaya dəstək verən ən fəal azərkeşlərə müxtəlif qiymətli hədiyyələr təqdim edəcək.