Xəbər verdiyimiz kimi, Antalyada qış təlim-məşq toplanışını başa vuran "Simurq" son yoxlama görüşünə çıxıb. Zaqatala təmsilçisinin sparrinq rəqibi Rumıniyanın "Petrolul" kollektivi olub. Qarşılaşma rumınların 2:1 hesablı qələbəsi ilə bitib. "Simurq"un heyətində Mario Bojiç fərqlənib.