Azərbaycan Premyer Liqasının XVIII turunda “Rəvan”ı qəbul edəcək "Simurq" klubu qarlı hava şəraitində hazırlıqları davam etdirir.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 2012-ci ilin son oyununda qalib gəlmək və turnir cədvəlini zirvədə tamamlayaraq fasiləyə yollanmağı planlaşdıran “Simurq” bu gün növbəti məşqinə çıxıb. Uzun məsafəli qaçış və isinmə hərəkətlərindən sonra Georgi Çixradzenin yetirmələri daha sonra taktiki çalışmalar üzərində işləyib. Qısa ötürmələrdən sonra ikitərəfli oyunla məşq tamamlanıb.
Qapıçılar Dmitriy Kramarenko, David Piterzkieviç və Eyyub Əliyev qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında komandadan ayrı çalışıb.
Qeyd edək ki, “Simurq” – “Rəvan” oyunu dekabrın 20-si saat 15:00-da Zaqatala şəhər stadionunda keçiriləcək.
Bu qarşılaşmada "sarı-qaralar"ın aparıcı oyunçuları – David Piterzkieviç, Murad Səttarlı və Rasim Ramaldanov komandaya kömək edə bilməyəcək. Onlar cəza səbəbindən bu oyunda forma geyinə bilməyəcək.
