Topaz Premyer Liqasında mövsümün 300-cü qolu vurulub.
Korner.az-ın məlumatına görə, yubiley qolu “Simurq” – “Rəvan” matçında qeydə alınıb.
Düzdü, “Bakı” – “Qəbələ” oyunu bundan bir saat öncə – saat 14.00-da başlayıb. Lakin bu matçda hesab 80-ci dəqiqədə açılıb. “Simurq” isə “Rəvan”la qarşılaşmanın 13-cü dəqiqəsində 1:0 hesabı ilə önə keçib və turun ilk qolu qeydə alınıb. Yubiley qolunun müəlifi Rəşad Eyyubov olub.
Qeyd edək ki, mövsümün ilk qolunu I turun avqustun 12-də “Qəbələ” ilə ev oyununda “Bakı”nın litvalı legioneri Mindauqas Kalonas vurmuşdu. 100-cü qol AZAL-ın oyunçusu Qərib İbrahimovun hesabındadı. O, IX turun “Simurq”la ev oyununda hesabı açmaqla fərqlənmişdi. 200-cü qola XVIII turun 20 dekabrda “Neftçi” ilə oyununda AZAL-ın üzvü Con Oluremi imza atmışdı.
