"Bizə də 3 xal lazımdı, "Bakı"ya da. Biz çıxıb öz oyunumuzu oynayacağıq. "Bakı" ilə oyunda qələbə qazanmaq bizim üçün də, vacibdi. Çünki biz avrokuboklara vəsiqə qazanmaq istəyirik".
Bu sözləri Korner.az-a açıqlamasında "Simurq"un mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev deyib.
Klub rəsmisi bu cür söz-söhbətləri sadəcə yalan adlandırıb:
"Bu cür söz-söhbətlər şaiyədi. Deyirdilər ki, oyun canlı yayımlanmayacaq. Biz bu qarşlaşmanı öz rəsmi saytımız vasitəsi ilə canlı yayımlayacağıq. Biz çıxıb öz oyunumuzu oynayacağıq. Udarıq və ya uduzacağıq, bunu oyu göstərəcək".