"Simurq" klubu ötən gün daha bir futbolçu ilə münasibətlərini rəsmiləşdirib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, müqaviləsinin müddəti başa çatdığı üçün komanda ilə yollarını ayıran Ruslan Poladovdan, Rüstəm Abbasovdan sonra daha bir oyunçu da yenidən heyətə qaytarılıb.
Ötən mövsümdə 4 qarşılaşmada Zaqatala təmsilçisinin şərəfini qoruyan Rəşad Eyyubov, komanda ilə növbəti mövsümün sonuna qədər rəsmi müqavilə imzalayıb.
