Bu gün "Simurq" Peşəkar Futbol Klubunun kollektivi də Qurban bayramını qeyd edib. Korner.az-ın məlumatına görə, səhər hər bir kəsin iştirakı ilə qurbanlıqlar kəsilib. AZAL-la oyundan sonra isə bayram süfrəsi açılıb.
Əvvəlcə klubun prezidenti Anar Bəkirov çıxış edərək bütün kollektivi Qurban bayramı münasibətilə təbrik edib. Daha sonra isə hər kəs süfrə arxasına əyləşərək bir-biri ilə bayramlaşıb, qurbanlıqlardan hazırlanmış yeməklərin dadına baxıb.
