Azərbaycan Premyer Liqanın XII turundan sonra çempionatda yaranmış fasilə ilə əlaqədar baş məşqçi Georgi Çixradze futbolçulara 3 günlük istirahət vermişdi.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gündən məşqləri bərpa edən "Simurq" Zaqatala şəhər stadionunda hazırlıqlara start verib.
Bir saatdan artıq davam edən məşq prosesində uzun məsafəyə qaçışdan sonra isinmə hərəkətləri yerinə yetirilib. Daha sonra qruplara bölünən futbolçular topla müxtəlif taktiki hərəkətlər üzərində çalışıb.
Qeyd edək ki, komandanın heyətində zədəli futbolçu yoxdur. Yığmanın deşərgəsində olan Rasim Ramaldanovdan başqa bütün fütbolçular bügünki hazırlıqda iştirak edib. Xatırladaq ki, "Simurq" növbəti turda noyabrın 18-i "Qarabağ"ın qonağı olacaq.
