Topaz Premyer Liqasının 23-cü turunda “Simurq” doğma meydanda “Qarabağ”la qarşılaşdı. Rəqibini 1-0 hesabı ilə məğub edən Zaqatala təmsilçisinin qələbə topu Rəşad Eyubovun aktivindədir.
Korner.az oyundan sonra keçirilən mətbuat konfransında hər iki klubun baş məşqçisinin səsləndirdiyi fikirləri sizə təqdim edir.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Gözəl oyun oldu. İlk hissədə bir neçə qol imkanından istifadə edə bilmədik. Qırmızı vərəqə daha çox “Simurq” klubunun işinə yaradı, çünki, müdafiəyə çəkilib daha diqqətli oynamağa başladılar. Bu oyunu unudub qarşıdakı oyunlara hazırlaşacağıq”.
Georgi Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Oyuna yaxşı hazırlaşmışdıq, futbolçular əzmkar oyun göstərdi. Bu əzmkar oyun bizə qələbə qazandırdı. Komanda bütün tapşırıqları düzgün yerinə yetirdi”.