Bu gün Azərbaycan Premyer Liqasında 21-ci turun oyunlarına start veriləcək.
Korner.az-ın məlumatına görə, ilk oyun gününə bir qarşılaşma nəzərdə tutulub.
Turun ilk matçı Zaqatalada keçiriləcək. Burada yerli "Simurq" klubu "Qəbələ"ni sınağa çəkəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, Premyer Liqada 21-ci tura sabah keçiriləcək 3 oyunla yekun vurulacaq.
"Simurq" – "Qəbələ" 2:0
QOL: Draqan Çeran, 25, 45+3 (p.)
10 fevral
Azərbaycan Premyer Liqası, 21-ci tur
17:00. “Simurq” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Nahid Əliyev, Munis Abdullayev
Zaqatala şəhər stadionu
11 fevral (çərşənbə)
14:00. “Bakı” – “Sumqayıt”
Hakimlər: Ağayev Əliyar, Əmirəli Akif, Bayramov Vüqar, Xəlilov Xəlil
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu
15:00. AZAL – “Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Yaşar Abbasov
Bakı. "AZAL-Arena".
16:00. “Neftçi” – “Xəzər Lənkəran”
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Cavanşir Yusifov, Ömər Paşayev
8-ci km qəsəbə stadionu
