Sabah Topaz Premyer Liqasının XVII turunda "Qəbələ" ilə qarşılaşacaq “Simurq” artıq hazırlıqlarını tamamlayıb.
Korner.az-ın məlumatına görə, Zaqatala klubu oyun öncəsi son məşqini qarlı hava şəraiti ilə əlaqədar olaraq, ev sahiblərinin üstü örtülü meydançasında keçirib.
Qeyd edək ki, “Qəbələ” – “Simurq” matçı dekabrın 16-da baş tutacaq. Oyun isə saat 14:00-da start verəcək.
