Premyer Liqa

“Simurq” oyunöncəsi son məşqinə çıxdı

29.09.2012 , 10:00

Sabah Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində "Simurq" klubu "Qarabağ"la üz-üzə gələcək.

Korner.az– ın klubun rəsmi saytına istinadən məlumata görə, Zaqatala şəhər stadionunda saat 18:00-da start götürəcək matç öncəsi komanda bu gün son məşqinə çıxıb.

Son 4 dueldə rəqibini məğlub edə bilməyən "sarı-qaralar" isinmə hərəkətləri və qısa ötürmələr üzərində çalışdıqdan sonra iki tərəfli oyunla hazırlıqları tamamlayıb.

Qeyd edək ki, hazırda "Simurq"un heyətində 4 sarı vərəqəyə görə cəzalı duruma düşən kapitan Rasim Ramaldanovdan başqa heç bir itki yoxdur. 13-cü dəfə üzləşəcək rəqiblərin statistik göstəricilərinə baxsaq, hazırda "Simurq" top fərqində cüzi öndədir. Oyunların nəticələrinə görə bərabərlik hökm sürür. 4 dəfə "sarı-qaralar" meydandan qalib ayrılsa da, 4 qarşılaşmada heç-heçə qeydə alınıb. Qalan matçlarda isə Zaqatala təmsilçisi rəqibini üstələyə bilməyib. "Qarabağ" cari çempionatda 11 xalla hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Simurq" isə 14 xalla liderliyini davam etdirir.

Son yazılar

Yuxarı