Geridə qalan mövsüm əvəzedici heyətlərin ölkə birinciliyini gümüş medallarla tamamlayan “Simurq” – Rövşən Babayevin yetirmələri bu gündən etibarən hazırlıqlara başlayacaq.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Mingəçevirdə bir araya gələcək komanda burada üç günlük seleksiya işlərindən sonra, iyulun 3-dən Qaxda təlim-məşq toplanışına start verəcək. İki həftəlik hazırlıqlardan sonra “sarı-qaralar” Gürcüstana yollanacaq. Bir həftədə qonşu ölkədə təlim-məşq toplanışı keçəcək komanda, burada bir neçə yoldaşlıq görüşlərində gücünü sınaqdan keçirəcək.