Premyer Liqanın XI turunda “Neftçi”ni qəbul edəcək “Simurq” hazırlıqlarını davam etdirir.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda bu oyun öncəsi ciddi itkilər var.
Belə ki, qırmızı vərəqə cəzalıları Draqan Çeran, İlkin Qırtımov və İdan Vaitzman, sarı vərəqə limiti dolan Rəşad Eyyubovla yanaşı, zədəli olan Rövşən Əmiraslanov oyunu buraxmalı olacaq.
Ötən tur oyunöncəsi məşqdə əzələsini dartan Dilavər Zrnanoviç isə komandasına kömək edə biləcək.
