Azərbaycan Premyer Liqasının XI turunda "Neftçi"nin qonağı olacaq "Simurq" ötən gün səhər saatlarında paytaxta təşrif buyurub.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda günorta saatlarında qarşılaşmanın keçiriləcəyi İ.Qayıbov adına Bakıxanov qəsəbə stadionunda son hazırlığına çıxıb.
Bir saata yaxın davam edən məşq prosesində Georgi Çixradzenin komandası isinmə hərəkətlərindən sonra taktiki tapşırıqlar üzərində çalışıb.
Qeyd edək ki, XI tura qədər liderliyini qoruyan "Simurq"un "Neftçi"ylə oyunu bu gün saat 15:00-da start götürəcək.
