Bir çox futbolçularla yollarını ayıran “Simurq” Azərbaycan millisinin sabiq üzvü Saşa Yunisoğlunu transfer edir.
Korner.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Zaqatala təmsilçisi təcrübəli müdafiəçi ilə yaxından maraqlanır və bu transfer böyük ölçüdə həll olunub.
Əyalət klubu son iş yeri AZAL olan futbolçunu yaxın günlərdə ictiaiyyətə təqdim edəcək.
Qeyd edək ki, Saşa Yunisoğlu “İnter”, “Neftçi”, “Poloniya” (Polşa), “Grodzis” (Polşa), “MKT-Araz”, “Bakı”, “Qəbələ” kimi klubların şərəfini qoruyub.