Yeni mövsümə hazırlıqların üçüncü mərhələsini Avstriyada keçirən “Simurq” klubu ötən gün son yoxlama matçına çıxıb.
Korner.az-ın məlumatına görə, Zaqatala təmsilçisinin rəqibi Macarıstanın “Zalaeqerseq” klubu ilə qarşılaşıb.
Stefan Polyakın ilk hissədə vurduğu qol “Simurq”a qələbə qazandırıb – 1:0.
Qeyd edək ki, bununla da, Avstriyadakı təlim-məşq toplanışını başa vuran “Simurq” bu gecə vətənə qayıdacaq.
