Topaz Premyer Liqasında yaranmış qış fasiləsi ilə əlaqədar bir necə günlük istirahətdən sonra “Simurq” hazırlıqlara başlayıb.
Korner.az-ın məlumatına görə, yanvarın 6-da birbaşa Antalyaya təlim-məşq toplanışına yollanan Zaqatala təmsilçisi “Sirena Belek” otelində məskunlaşıb.
Gündə iki dəfə olmaqla məşqlərə başlayan “sarı-qaralar” təlim-məşq proqramına əsasən futbolçular ilk bir həftə ərzində fiziki ağırlıqlı çalışmaları yerinə yetirəcək. Daha sonra isə taktiki və texniki ağırlıqlı hazırlıqlara start veriləcək. Bu hissədə Georgi Çixradze yetirmələrini yoxlama matçlarında sınaqdan keçirdəcək. (Klub saytı)
