Topaz Premyer Liqasının XII turundan sonra çempionatda yaranmış fasilə ilə əlaqədar baş məşqçi Georgi Çixradze yetirmələrinə 3 günlük istirahət vermişdi.
Korner.az-ın məlumatına görə, bu gündən məşqləri bərpa edən “Simurq” Zaqatala şəhər stadionunda hazırlıqlara start verib.
Komandanın heyətində zədəli futbolçu yoxdur. Yığmanın düşərgəsində olan kapitan Rasim Ramaldanovdan başqa, bütün fütbolçular bügünkü hazırlıqda iştirak edib.
Xatırladaq ki, “Simurq” növbəti turda noyabrın 18-də “Qarabağ”ın qonağı olacaq.
