Növbəti mövsümün hazırlıqlarını Sloveniyada davam etdirən Zaqatala “Simurq”u hazırda əsasən fiziki testlər keçirir.
Korner.az-ın məlumatına görə, gündə iki dəfə məşqə çıxan komanda səhər idmanında fiziki ağırlıqlı çalışmaları yerinə yetirir.
Axşam məşqləri isə yüngül isinmə hərəkətlərindən sonra qısa ötürmələr, iki qrupa bölünərək “kvadrat” və ikitərəfli oyunla tamamlanır. Ötən gün səhər idmanında məşqçilər korpusu yetirmələrinin fiziki hazırlığını ölçüblər. Bundan sonra istirahətə çəkilən komanda günü axşam məşqi ilə tamamlayıb.
