“Simurq”un prezidenti Anar Bəkirov və meneceri Zöhrab Əliyev İspaniyaya yollanıb. Səfər işgüzar xarakter daşıyır.
Kornera.az-ın məlumatına görə, Zaqatala klubunun rəhbərliyi komandanın yeni forma tərəfdaşı ilə müqavilə imzalamaq üçün İspaniyaya gedib.
Növbəti mövsüm “Simurq”un formalarını “Umbro” şirkəti hazırlayacaq.