Yoxlama görüşündə Zaqatala təmsilçisi qalib gəldi
Premyer Liqada yaranmış fasilədən istifadə edən "Kəpəz" və "Simurq" klubları yoxlama görüşündə qüvvələrini sınayıb.
Korner.az-ın məlumatına görə, Mingəçevirdə baş tutan matçda Zaqatala təmsilçisi qələbə qazanıb – 2:1.
"Simurq"un qollarını Nenad Stoyanoviç və Murad Səttarlı vurub. "Kəpəz"in yeganə qolu isə Buyamin Asaninin aktivindədi.
