Premyer Liqanın 27-ci turu çərçivəsində sabah keçiriləcək "İnter"- "Simurq" matçı diqqət mərkəzində olacaq.
Korner.az-ın xəbərinə görə, ilk "altılıq"da qarşılaşacaq "qardaşlar"ın duelində hər kəs Zaqatala təmsilçisinin yenə "böyük qardaş"ına 3 xalı hədiyyə edəcəyini düşünür və buna inanmamaq da mümkün deyil.
Çünki, ilk "altılıq"da avrokubok şanslarını demək olar ki, itirmiş "Simurq" çempionluq mübarizəsini davam etdirən "İnter"ə müqavimət göstərmədən yeniləcəyi inandırıcıdı. Bundan əlavə ölkədə qanuni mərc operatoru olan "Topaz" da bu oyuna pul qoyuluşunu açıqlayıb. "İnter"in qələbəsini 1.15, heç-heçəni 5.50 əmsalla dəyərləndirən "Topaz", Zaqatala təmsilçisinin qələbəsinə 10 "koofisent" verib.
İlk dəfədir ki, "Topaz" ilk "altılıq" komandalarının bir duelində bu qədər aşağı və yuxarı əmsallar verir.
İNTER BAKI – SİMURQ ZAQATALA
1.15 5.50 10.00
