Azərbaycan Premyer Liqasının 27-ci turunda doğma arenada “AZAL”la qarşılaşacaq “Simurq” tam heyətlə hazırlıqları davam etdirir.
Korner.az-ın məlumatına görə, dünən növbəti məşqinə çıxan “Simurq”, xüsusən taktiki ağırlıqlı tapşırıqları yerinə yetirib.
Zaqatala təmsilçisi bu gün son çalışmalarını yerinə yetirəcək. Bundan sonra isə istirahətə çəkilərək, görüşün başlama vaxtını gözləyəcək.
Qeyd edək ki, “Simurq” – “AZAL” oyunu aprelin 1-də saat 15:00-da start götürəcək. Qarşılaşma “İdman Azərbaycan” kanalından canlı yayımlanacaq. (klub saytı)