Zaqatalanın "Simurq" klubu yarımmüdafiəçisi Qərib İbrahimovla müqaviləsinin müddətini artırıb. Korner.az-ın məlumatına görə, yeni sazişə əsasən 24 yaşlı futbolçu növbəti mövsümün sonuna qədər bu komandanın formasını geyinəcək.
Tovuz futbol məktəbinin yetirməsi 2010-cu ildən "Simurq"un formasını geyinir. Bu mövsüm komandanın heyətində 28 matçda forma geyinib və 2120 dəqiqə mübarizə aparıb.
