“Simurq” klubu qapıçısı David Pietrzkieviç haqda rəsmi bəyanat yayıb.
Korner.az-ın məlumatına görə, klubun internet saytı polşalı qapıçının ölkəsində verdiyi müsahibənin səhv tərcümə olunduğunu bildirib:
"Simurq" klubu olaraq rəsmi şəkildə bildiririk ki, komandamızın polşalı qapıçısı David Pieterzkeiviçin yığma komandaya dəvət olunması haqqında AFFA tərəfindən heç bir müraciət göndərilməyib. Mətbuatda bu haqda gedən məlumatlar yalan informasiyadır. Çox təəssüf edirik ki, futbolçumuzun ölkəsində verdiyi müsahibə səhv tərcümə edilib. Yaxın günlərdə David şəxsən bu məsələ haqqında açıqlama verəcək".
