"Simurq” klubu fiziki hazırlıq üzrə məşqçisi Aleksandr Karakliçlə müqaviləsinin müddətini artırıb. Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yeni razılaşmaya əsasən serbiyalı mütəxəssis növbəti mövsümün sonuna qədər komandada fəaliyyətini davam etdirəcək.
Karakliç məşqçilik karyerasına "Drina" klubunda başlayıb. Ötən mövsümün final mərhələsində Georgi Çixradze “Simurq”a baş məşqçi təyin olunandan sonra serbiyalı çalışdırıcı kluba dəvət olunub.
Növbəti mövsüm üçün iddialı heyət qurmağı planlaşdıran Zaqatala təmsilçisi daha bir futbolçu ilə yollarını ayırıb. Belə ki, ötən ildən komandanın formasını geyinən gənc yarımmüdafiəçi Ruhid Usubov ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.