“Simurq”un məşqçilər korpusu Draqan Çerandan şad xəbər alıb.
Korner.az-ın məlumatına görə, forvard sağalıb.
Belə ki, AZAL-la oyunun 87-ci dəqiqəsində komandasının ikinci qoluna imza atan Çeran topuğundan zədə almışdı. Matçdan sonra zədənin ciddi olmadığı müəyyənləşib. Artıq forvard tam sağalıb və “Rəvan”la oyunda meydana çıxmağa hazırdı.
Qeyd edək ki, Çeran cari mövsümdə “Simurq”un vurduğu 25 qoldan 7-sinin müəllifidi.
