“Simurq”un Antalyada təşkil olunmuş qış təlim-məşq toplanışı davam edir.
Korner.az-ın məlumatına görə, Georgi Çixradzenin yetirmələri bu gün bir məşqə çıxıb. Səhər saatlarında baş tutan hazırlıqda əvvəlcə yüngül qaçış və isinmə hərəkətləri yerinə yetirilib. Daha sonra MOİK-lə matçda əvəzlənməyən Ruslan Poladov, Aleksandr Şemonayev, Stepan Polyak və Anderson Oliveyra komandadan ayrı çalışıb. Onlar məşqi ayaq tennisi oynamaqla davam etdirib. Qalan futbolçular isə dörd qrupa bölünərək ikitərəfli oyun keçiriblər. Bundan sonra isə baş məşqçi yetirmələrinə istirahət verib.
Qeyd edək ki, “Simurq” sabah iki məşqə çıxacaq. Zaqatala təmsilçisi Antalya hazırlığı çərçivəsində yanvarın 25-də növbəti yoxlama görüşünü keçirəcək. “Sarı-qaralar”ın rəqibi Rusiyanın “Tom” klubu olacaq.
