Bu gün Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən çempionatda IX turdan təxirə salınmış iki oyun keçirilib.
Korner.az-ın PFL-ə istinadən verdiyi məlumata görə, "Neftçi" "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib. "İnter" "Simurq"la bərabərə qalıb – 1:1.
9 noyabr
“Neftçi” – “Kəpəz” – 1:0
Qol: Eşqin Quliyev, 23-pen (1:0)
“İnter” – “Simurq” – 1:1
Qollar: Ramil Mansurov, 60 (1:0), Oruc Balaşlı, 89 (1:1)
