"Flaqman’ fanklubu "Neftçi"nin "Simurq" səfərindəki matçının yayımlanmaması və kluba AFFA İntizam Komitəsi tərəfindən verilən cəzanı "ağ-qaralar"a qarşı təxribat kimi qələmə verir.
Fanklubun rəhbəri Ceyhun Bədəlzadə Korner.az-a verdiyi açıqlamada bunları dedi:
"Neftçi"nin "Simurq"la görüşünün yayımlanmaması biz azarakeşlərə pis təsir edir. Bu bizim kluba qarşı təxribatdı. "Simurq" böyük "qardaşı" "İnter" üçün meydana çıxıb, "Neftçi"dən xal almağa çalışacaq. Bunu qoy bütün futbol ictimaiyyəti bilsin və görsün. Biz öz haqqımızı tələb edirik".
